YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gürcüstan XİN: Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır və ölkələr arasında müzakirə olunmayan mövzu yoxdur

Qarabağ müharibəsində iştirak etmiş erməni Mixail Avaqyana Gürcüstanın Axalkalaki rayonunun Bağaneş qəsəbəsində büstün qoyulması ilə bağlı məsələ Gürcüstan və Azərbaycan arasında müzakirə olunub.

Bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyinin mətbuata açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, Azərbaycan ilə Gürcüstan arasında müzakirə olunmayan mövzu yoxdur və qeyd edilən məsələ ilə bağlı səfirlər vasitəsilə informasiya mübadiləsi həyata keçirilib. “Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır və ölkələr arasında müzakirə olunmayan mövzu mövcud deyil. Bu, normal ünsiyyət formasıdır və bu mövzu ətrafında ajiotaja səbəb yoxdur”, – deyə məlumatda vurğulanır.

Qeyd edək ki, məsələ ilə bağlı Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov bu ölkənin Xarici İşlər Nazirliyində görüş keçirərək büstün açılmasına etirazını bildirib.

Eyni zamanda, Gürcüstanın Bakıdakı səfiri Zurab Pataradze Azərbaycan Xarici İşlər Nazirliyinə dəvət edilib, iki ölkə arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin ruhuna cavab verməyən bu halın aradan qaldırılmasına dair təxirəsalınmaz tədbirlərin görülməsi tələb olunub.

 

DİGƏR Xəbərlər Arxiv