YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ-ın İrs Fondu Azərbaycandakı iqtisadi islahatları yüksək qiymətləndirib

Vaşinqtonda fəaliyyət göstərən nüfuzlu İrs Fondu (Heritage Foundation) özünün illik Dünya İqtisadi Azadlıq indeksini yayımlayıb. 1994-cü ildən bəri 25-ci dəfə elan olunan indeksdə 190 ölkə arasında vaxtilə 134-cü olan Azərbaycan artıq 60-cı yerə irəliləyib. İndeksin təqdimat mərasimində çıxış edən Fondun rəhbərliyi Azərbaycanın xüsusən mülkiyyət hüquqları, idarəetmənin şəffaflığı və ədliyyə sisteminin inkişafı sahələrində böyük irəliləyişə nail olduğunu bildirib. İndeksin rəhbəri, səfir Terri Miller Azərbaycanın 2018-ci ildə iqtisadi azadlıq və islahatlar sahəsində ən çox irəliləyən ölkə olduğunu deyib.

İrs Fondunun dünyada iqtisadi azadlıqlar indeksinin təqdimatları hər zaman ABŞ qanunvericilərinin, Konqresin və ictimaiyyətin diqqətindədir. Təqdimat mərasimində bu orqanların nümayəndələrinin geniş iştirakı da bu marağın göstəricisidir.

Təqdimatda, həmçinin Azərbaycanın təşəbbüsü ilə başlanan Trans-Anadolu və Trans-Adriatik qaz boru kəmərləri kimi digər önəmli iqtisadi layihələrə də xüsusi diqqət çəkilib. Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunması, lakin bu çətinliklərə baxmayaraq ölkənin sürətlə iqtisadi islahatlar aparması və daim inkişaf etməsi ifadə olunub. İndeksdə Azərbaycan iqtisadi azadlıqlar sahəsində İtaliya və Fransa kimi Avropa ölkələrindən də yüksək mövqedə qərarlaşıb.

İrs Fondu ABŞ-ın ən böyük respublikaçı beyin mərkəzidir. Onun dərc etdiyi rəy və araşdırmalara ABŞ senatı və administrasiyası xüsusi diqqət yetirir. Fondun bir çox ekspertləri Tramp administrasiyası tərəfindən yüksək vəzifələrə təyin olunub.

 

DİGƏR Xəbərlər Arxiv