YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dilarə Cəbrayılova: Ölkəmizdə sosial məsələlərin həlli daim diqqət mərkəzindədir

“Azərbaycan Prezidenti İlham Əliyev ölkədə sosial məsələlərin həllini, əhalinin rifahının yüksəlişini prioritet məsələ hesab edir. Bu istiqamətdə ardıcıl tədbirlər həyata  keçirilir”. Bu fikirləri Milli Məclisin deputatı Dilarə Cəbrayılova deyib.

D.Cəbrayılova bildirib ki, bu yaxınlarda qaçqın və məcburi köçkünlərə üçün nəzərdə tutulan yaşayış kompleksinin açılması, şəhid olmuş hərbi qulluqçuların ailələrinə birdəfəlik yardımın verilməsi, eləcə də aztəminatlı ailələr üçün bayramla əlaqədar nəzərdə tutulan birdəfəlik maliyyə yardımı və digərlərini buna bariz nümunədir.

“Ölkəmizdə bu istiqamətdə atılan addımların hər biri dövlət başçısının bu kateqoriyadan olan insanlara, bütövlükdə sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara qayğısının əyani nümunəsidir. Bu siyasət davamlı xarakter daşıyır”-deyə, deputat qeyd edib.

 

DİGƏR Xəbərlər Arxiv