YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Quliyev: 2018-ci il ölkəmiz üçün bir sıra mühüm uğurlarla yadda qaldı

“2018-ci il ölkəmiz üçün bir sıra mühüm uğurlarla yadda qaldı”. Bu fikri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, bu il qazanılan uğurlar bütün sahələri əhatə edir. Ölkəmizdə aparılan islahatlar sayəsində milli iqtisadiyyatın uğurlu inkişafı həmçinin respublikamızın maliyyə imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib. Onun sözlərinə görə, hazirda Azərbaycan təxminən 45 milyard dollar həcmində strateji valyuta ehtiyatlarına malikdir ki, bu da kifayət qədər böyük rəqəmdir.

“Azərbaycan Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq sosial sferada da yeni hədəflər müəyyənləşdirib. Məlum olduğu kimi, bir qədər bundan əvvəl Milli Məclisdə respublikamızın gələn il üçün büdcəsi təsdiqləndi. Əvvəlki illərin büdcəsi kimi, 2019-cu ilin büdcəsi də sosialyönümlüdür. Gələn il bir sıra sosial proqramların reallaşdırılması, o cümlədən də məcburi köçkünlər və qaçqınlar üçün 4 mindən çox mənzilin, Qarabağ müharibəsində həlak olanların ailələri üçün 800-dən çox mənzilin istifadəyə verilməsi nəzərdə tutulub. Bütün bu deyilənlərdən hasil olan nəticə ondan ibarətdir ki, respublikamızda qayğıya ehtiyacı olan insanlara, əhalinin həssas təbəqələrinə dövlət dəstəyi siyasəti 2019-cu ildə də davam etdiriləcək”-deyə, YAP Siyasi Şurasının üzvü vurğulayıb.