YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclis bu ilin son plenar iclası keçirilir

Bu gün Milli Məclisin 2018-ci ildə son plenar iclası keçirilir.

İclasda İnzibati Xətalar Məcəlləsinə, Mülki Məcəlləyə, Əmək Məcəlləsinə, Mülki Prosessual Məcəlləyə, "Antiinhisar fəaliyyəti haqqında", "Elektron ticarət haqqında", "İcbari sığortalar haqqında", "Haqsız rəqabət haqqında", "Xarici investisiyanın qorunması haqqında" və digər bir sıra qanunlara əlavə və dəyişikliklər müzakirə ediləcək.

İclasın sonunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə Milli Məclisin müraciəti təsdiq ediləcək.

Ümumilikdə iclasın gündəliyinə 52 məsələ daxildir.