YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Azərbaycan Türkmənistanın enerji ehtiyatları üçün tranzit imkanlar təqdim edir

Azərbaycan Türkmənistanın enerji ehtiyatları üçün tranzit imkanlar təqdim edir.

Bu sözləri Prezident İlham Əliyev noyabrın 22-də Aşqabadda Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla görüşdə deyib.

“Həm Türkmənistan, həm də Azərbaycan böyük təbii ehtiyatlara malik ölkələrdir. Əlbəttə ki, ölkələrimiz arasında energetika sahəsində əməkdaşlıq təbiidir. Azərbaycan Türkmənistanın enerji ehtiyatları üçün tranzit imkanlar təqdim edir. Biz şadıq ki, Türkmənistan nefti Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəql edilərək əməkdaşlığımızı möhkəmləndirir”, - deyə Azərbaycan Prezidenti bildirib.