YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: Azərbaycan hökuməti Prezident İlham Əliyevin müəyyənləşdirdiyi böyük sosial siyasəti uğurla həyata keçirir

Azərbaycan hökuməti Prezident İlham Əliyevin müəyyənləşdirdiyi böyük sosial siyasəti uğurla və layiqincə həyata keçirməkdədir.

Trend-in məlumatına görə, bunu Baş nazirin müavini Əli Əhmədov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST (Dayanıqlı və Operativ Sosial Təminat) konsepsiyasının, "e-sosial" internet portalının, yeni loqosunun və rəsmi internet səhifəsinin təqdimat mərasimində deyib.

Əli Əhmədov bildirib ki, Azərbaycanda son illər ərzində həyatın bütün sahələrində baş verən dəyişikliklər insanların həyat səviyyəsinin yüksəlməsi, ehtiyacı olan insanlara dövlət tərəfindən qayğının müxtəlif formalarda göstərilməsi, bu qayğının səmərəli şəkildə və şəffaf olaraq həyata keçirilməsi, ölkəmizdə sosial siyasətin uğurla həyata keçirilməsi haqqında fikir söyləməyə əsas yaradır.

Baş nazirin müavini vurğulayıb ki, Azərbaycan hökumətinin başlıca məqsədi insanların rifahını daha da yaxşılaşdırmaq, ehtiyacı olanlara dövlət qayğısını daha da artırmaq və hər bir insanın layiqli həyatının təmin edilməsi üçün bütün lazımi şərtləri təmin etməkdən ibarətdir.