YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Moskvada MDB-yə üzv dövlətlərin təhlükəsizlik şuraları katiblərinin VI görüşü keçiriləcək

Noyabrın 21-də Moskvada MDB-yə üzv dövlətlərin təhlükəsizlik şuralarının katiblərinin VI görüşü keçiriləcək.

MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən bildirilib ki, ənənəvi görüşdə nümayəndə heyətlərinin başçıları MDB məkanında milli və beynəlxalq təhlükəsizliyin təminatı, Birlik ölkələrinin Antiterror Mərkəzinin fəaliyyəti, radikal təmayüllü dini cərəyanların yayılmasına qarşı mübarizə məsələlərinə dair mövzuları müzakirə edəcəklər.

MDB-yə üzv dövlətlərin təhlükəsizlik şuralarının katibləri Birlik ölkələrinin vahid epidemioloji məkanı ərazisində birgə fəaliyyət mexanizmini, hibrid müharibələrində informasiya amilini müzakirə edəcəklər.

Görüşdə, həmçinin Əfqanıstandakı hərbi-siyasi vəziyyət, Mərkəzi Asiya regionu dövlətlərinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirləri nəzərdən keçirmək planlaşdırılır.

 

DİGƏR Xəbərlər Arxiv