YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

AZAL Əl-Küveytə müntəzəm reyslər həyata keçirməyə başlayacaq

Cari ilin 22 dekabr tarixindən etibarən "Azərbaycan Hava Yolları" (AZAL) Bakı-Küveyt-Bakı marşrutu üzrə müntəzəm uçuşlar həyata keçirəcək.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, AZAL J2-119/J2-120 reysləri həftədə iki dəfə çərşənbə axşamı və şənbə günləri, ekonom sinif və komfort-klub konfiqurasiyalı Airbus A319 tipli təyyarə ilə həyata keçiriləcək.

Uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalından həyata keçiriləcək.

Qeyd edək ki, əvvəllər Küveyt istiqaməti üzrə uçuşlar aviaşirkət tərəfindən çarter proqramı əsasında həyata keçirilirdi.

Küveyt Yaxın Şərqin müasir şəhərlərinin həyatı ilə tanış olmaq istəyən səyahətçilərin ürəyincə olacaq. Burada ən gözəl «Grand Mosque» məsçidini, unikal ekspozisiyalı muzeyləri, möhtəşəm sarayları ziyarət etmək olar, daha sonra isə "Kuwait towers" göydələninin yuxarı mərtəbələrindəki restoranında şam yeməyinə qatıla bilərsiniz. Bundan əlavə Küveytdə ziyarətçilər üçün açıq olan "Kuwaiti Stock Exchange" fond birjasını da ziyarət edə bilərsiniz.

DİGƏR Xəbərlər Arxiv