YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Çin Beynəlxalq İdxal Sərgisində iştirak edəcək

Noyabrın 5-dən 10-dək Şanxayda birinci Çin Beynəlxalq İdxal Sərgisi keçiriləcək.

Təxminən 130 ölkədən 3 mindən çox şirkətin təmsil olunacağı tədbir Çində idxal məhsullarının ilk ən böyük sərgisidir. Tədbirin açılış mərasimində Çin Xalq Respublikasının Sədri Si Cinpin, bir neçə ölkənin dövlət və hökumət başçıları, dövlət qurumlarının rəhbərləri iştirak edəcəklər.

Azərbaycanı bu beynəlxalq tədbirdə iqtisadiyyat naziri, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə dövlət qurumlarının rəhbər şəxslərindən ibarət nümayəndə heyəti təmsil edəcək. Nümayəndə heyətinin sərgi çərçivəsində müxtəlif bölmə iclaslarında çıxışları, habelə Çin rəsmiləri ilə görüşləri nəzərdə tutulur.

Bundan başqa, sərginin kənd təsərrüfatı və qida məhsulları, xidmət bölmələrində Azərbaycanın iki pavilyonu fəaliyyət göstərəcək. Pavilyonlarda “Made in Azerbaijan” brendi ilə istehsal olunan rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar və xidmətlər nümayiş olunacaq.

 

DİGƏR Xəbərlər Arxiv