YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ATƏT-in Minsk qrupu: Regiona səfərin məqsədi vəziyyəti nəzərdən keçirməkdir

ATƏT-in Minsk qrupunun həmsədrləri Cənubi Qafqaz regionuna səfərləri çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tərəflərini gərginliyin azaldılması üçün səyləri davam etdirməyə çağıracaq.

Qeyd olunub ki, hazırda həmsədrlər regionda səfərdədirlər: “Həmsədrlər səfər çərçivəsində regiondakı vəziyyəti nəzərdən keçirir və tərəfləri Düşənbədə liderlərin əldə etdiyi razılaşmadan sonra gərginliyin azaldılması üçün səyləri davam etdirməyə çağırır. Onlar, həmçinin danışıqlar prosesinin fəallaşdırılması və digər addımları müzakirə edirlər”.

Xatırladaq ki, Minsk qrupunun həmsədrləri ötən gün Yerevana səfər edib.