YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Akif Əlizadə: Bakı Beynəlxalq Humanitar Forumuna dünya səviyyəsində maraq göstərilir

Bakı Beynəlxalq Humanitar Forumuna dünya səviyyəsində maraq göstərilir.

Bunu VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən "Gələcəyə sərmayə: dayanıqlı və inklüziv inkişafa doğru" adlı "dəyirmi masa"da çıxışı zamanı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə deyib.

A.Əlizadə bildirib ki, Bakı Beynəlxalq Humanitar Forumuna dünya səviyyəsində maraq göstərilir.

Bu Forumun birbaşa Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirildiyini bildirən AMEA prezidenti əlavə edib ki, ictimai tərəqqinin əsas təkanverici qüvvəsi elmdir. Elm cəmiyyətin problemlərinin həllinə çox kömək edə bilər:

"Ümumiyyətlə, 21-ci əsr "fizika əsri" adlandırılır. Lakin biologiya sahəsi getdikcə daha çox dəyər qazanmağa başlayıb. Biologiya sahəsində aparılan tədqiqatlar dəfələrlə artıb. Yaxın illərdə molekulyar biologiya sahəsində də ciddi irəliləyişlər gözlənilir. Bu gün İKT-nin inkişafı bizim həyatımıza çox təsir edib. Bu gün bütün dünyada humanitar elmlərə daha az diqqət göstərilməyə başlanılıb. Texniki sahələrə isə diqqət artıb".

Qeyd edək ki, oktyabrın 25-də Bakıda VI Beynəlxalq Humanitar Forum işə başlayıb. “Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusunda keçirilən budəfəki Foruma 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nümayəndə qatılıb.

 

DİGƏR Xəbərlər Arxiv