YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dayanıqlı İnkişafa dair Bakı Forumu işini davam etdirir

VI Beynəlxalq Humanitar Forum çərçivəsində Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının, İqtisadiyyat Nazirliyinin və Birləşmiş Millətlər Təşkilatının ölkə üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində regional tərəfdaşlığın gücləndirilməsi” mövzusunda keçirilən Dayanıqlı İnkişafa dair Bakı Forumu oktyabrın 26-da işini davam etdirir.

Forumun “Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində gənclər, qadınlar, parlament, vətəndaş cəmiyyəti və digər maraqlı tərəflərin rolu barədə interaktiv müzakirə” mövzusuna həsr olunan ikinci sessiyasında Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsində heç kimin geridə qalmaması prinsipinə əsaslanaraq maraqlı tərəflərin prosesə cəlb edilməsi və bütün səviyyələrdə səmərəli iştirakının təmin olunmasına dair müzakirələr aparılır.

Sessiyaya moderatorluq edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova müzakirəyə çıxarılan mövzuların DİM-ə nail olunması baxımından əhəmiyyətini qeyd edib.

Forum çərçivəsində "2030-cu ilədək dayanıqlı inkişaf üçün sülhsevər və inklüziv cəmiyyətləri təşviq etmək, hamı üçün ədalət məhkəməsinə çıxış imkanını təmin etmək və bütün səviyyələrdə səmərəli, məsuliyyətli və inklüziv təşkilatlar qurmaq", "Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında BMT-nin İnkişaf Proqramının Aktuallaşdırma, Sürətləndirmə və Siyasətə Dəstək Missiyasının rolu" və "Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üçün təmiz su təchizatı, o cümlədən iqlim dəyişikliyi və onun təsirləri ilə mübarizə aparmaq üçün əməkdaşlığın gücləndirilməsi" mövzularında sessiyalar keçiriləcək.

Sonda Forumun Bakı Bəyannaməsi qəbul olunacaq.