YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mahir Abbaszadə: Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər yolverilməzdir

“Fransanın bəzi şəhərlərinin merlərinin Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfərləri ölkəmiizn ictimaiyyətinin, o cümlədən qaçqın və məcburi köçkünlərin  haqlı etirazına səbəb olub. Çünki bu səfərlər Azərbaycan qanunlarının, həm də  beynəlxalq hüquq normaları və prinsiplərinin pozulmasıdır”. Bu fikirləri Milli Məclisin deputatı Mahir Abbaszadə deyib.

M.Abaszadə bildirib ki, qanunsuz səfərlər Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində yaratdığı qondarma, separatçı rejimin təşviqinə xidmət edir. Onun sözlərinə görə, Azərbaycan ərazisinin 20 faizini işğal edən və hələ də işğal altında saxlayan Ermənistan tərəfindən azərbaycanlılara qarşı kütləvi etnik təmizləmənin həyata keçirilməsi, xalqımızın terror və cinayətlərə məruz qalması reallıqdır.

“Bu vandalizm aktlarının nəticələri bütün dünyaya, o cümlədən Fransa ictimaiyyətinə də yaxşı məlumdur. Bu tarixi faktların fonunda Fransanın bəzi yerli özünüidarəetmə orqanlarının rəhbərlərinin Azərbaycanın işğal olunmuş ərazilərinə təxribat xarakterli səfərlər etməsi yolverilməzdir. Qanunsuz səfərlər təkcə Azərbaycana münasibətdə beynəlxalq hüquq normaları və prinsiplərinin pozulması deyil, bütövlükdə milli dövlətlərin ərazi bütövlüyü və suverenliyinin heçə sayılmasıdır. Digər tərəfdən, bu cür yolverilməz addımlar mənfi presedentlər meydana çıxarır, eyni zamanda, regional və beynəlxalq təhlükəsizliyə ciddi təhdidlər yaradır. Belə hallar etnik separatizmi təşviq edə bilər. Ona görə də qlobal miqyasda təhlükəsizliyə, əməkdaşlığa önəm verdiyini ifadə və iddia edən Fransanın bu cür halları nəzərə alması, müvafiq tədbirlər görərək onları aradan qaldırması zəruridir. Nəzərə alsaq ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədridir, belə olan halda bu ölkə  Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesində tərəfsizliyini təmin etməlidir” -deyə, deputat qeyd edib.