YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Məmmədov: Rusiyalı deputatın Azərbaycan xalqının məruz qaldığı soyqırımın dünyada tanınmasına çağırış etməsi önəmli hadisədir

“Xocalı soyqırımı sənədli-sübutlu, şahidləri yaşayan, ağrı-acıları sağalmayan bir insanlıq faciəsidir”. Bu fikri  Milli Məclisin deputatı Elman Məmmədov  deyib.

E.Məmmədov bildirib ki, 26 il bundan öncə baş vermiş Xocalı soyqırımını dünyanın bir neçə ölkəsi rəsmən tanıyıb.  Çox təəsüflər ki, ATƏT-in Misk qrupunun üç həmsədrindən heç biri hələ tanımayıb.

“Ona görə də, rusiyalı deputatın haqqı müdafiə etməsi, Azərbaycan xalqının məruz qaldığı soyqırımın dünyada tanınmasına çağırış etməsi önəmli hadisədir. Ümumiyyətlə Azərbaycanın reallıqları ilə bağlı fikir söyləyənlər içərisində Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev tək deyil. Əgər Dmitri Savelyev “26 il əvvəl Azərbaycanın Xocalı şəhərində dəhşətli faciə törədilib, dinc sakinlərə hücum edilib. Bu cinayət nəticəsində 613 günahsız insan qətlə yetirilib” fikirlərini səsləndiribsə artıq bu etirafdır. Müsbət haldır ki, rusiyalı deputat bunu etiraf edir. Bu fikirlər bizim haqq işimizin müdafiəsinə də köməklik göstərə bilər”-deyə, E.Məmmədov qeyd edib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” kampaniyasının dünyada böyük əks-səda doğurduğunu deyən millət vəkili, bu kampaniyanın ciddi nəticələr verdiyini vurğulayıb. Onun fikrincə, hər bir azərbaycanlı bu prosesə öz töhfəsini verməlidir.