YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasının Prezidenti Nquyen Fu Çonqa təbrik ünvanladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasının Prezidenti Nquyen Fu Çonqa təbrik ünvanladı.

Təbrikdə deyilir: “Vyetnam Sosialist Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Vyetnam arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Ölkənizə səfərim zamanı Sizinlə görüşümüzü, apardığımız ətraflı fikir mübadiləsini ən xoş təəssüratlarla xatırlayıram.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Vyetnam xalqının rifahı yolunda fəaliyyətinizdə uğurlar diləyirəm.”