YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahibə Qafarova: Məqsəd uşaqların mənafelərinin üstün tutulması, onların hüquq və azadlıqlarının qorunmasıdır

"Müasir dövrdə informasiyanın, o cümlədən informasiya kommunikasiya texnologiyalarının həyatımıza nüfuz etməsi, onun gündəlik yaşamımıza ciddi təsirləri inkaredilməzdir. Əlbəttə, bunun bir çox müsbət tərəfləri ilə yanaşı, müəyyən çətinliklər də ortaya çıxardığını müşahidə etməkdəyik". Bu fikirləri Milli Məclisin bugünkü iclasında "Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması" haqqında qanun layihəsinin müzakirəsi zamanı Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Sahibə Qafarova deyib. Onun sözlərinə görə, Azərbaycan qlobal informasiya məkanının subyektlərindən biridir və ölkəmizdə internet istifadəçiləri ölkə əhalisinin 80 faizini təşkil edir. Belə olduqda əlbətdə bu resursların imkanlarından doğru istifadə olunmalıdır. Çünki informasiya məkanımızın düzgün istiqamətə yönləndirilməsi milli maraqlarımız baxımından strateji əhəmiyyətli məsələdir.

"Sirr deyil ki, informasiyadan düzgün istifadə və idarə olunmaması, zərərli informasiyaların dövriyyəyə ötürülməsi cəmiyyətin ən həssas təbəqələri olan uşaqlar üzərində bəzən aradan qaldırılması mümkün olmayan fəsadlara yol açır. Uşaqların təhlükəsizliyinin qorunması, onların bir fərd olaraq təhlükəsizliklərinə zəmanət verilməsi, inkişafı istənilən demokratik cəmiyyətlərdə mühüm vəzifələrdən biridir. Azərbaycan Respublikası da uşaq hüquqlarının qorunmasını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirib, qəbul olunan qanun və qərarlar, Azərbaycan hökuməti tərəfindən atılan paraktiki addımlar ölkəmizin bu sahədə də nümunəvi model təqdim etdiyini göstərir", deyən millət vəkili hesab edir ki, bu qanun layihəsinin hazırlanması və qəbul olunması da ölkəmizin və xalqımızın gələcəyi olan övladlarımızın sağlam, milli mənəvi dəyərlərimizə uyğun və vətənpərvər ruhda yetişməsi, onların sağlamlığının və təhlükəsizliyinin təmin olunması baxımından olduqca vacib əhəmiyyətə malikdir: "Nəzərə alsaq ki, bu gün müşahidə olunan sərhədsiz informasiya axını ən çox elə uşaqları və həddi buluğa çatmamış yeniyetmələri təhdid edir, o zaman bu qanunun önəmi daha da artır. Qanun Azərbaycan Respublikasının qanunvericiliyi və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq və digər hüquqi normativlərə əsaslanır".

S.Qafarova deyib ki, sosial şəbəkələrdə uşaqların müəyyən məlumat və informasiyalara əlçatımlığının məhdudlaşdırılması texniki olaraq mümkün olan məsələdir. Bunun qanuni həllini həyata keçirmək olar: "Qanunda informasiya məhsullarının telekommunikasiya şəbəkələri vasitəsilə yayımının xüsusiyyətləri, uşaqlar üçün nəzərdə tutulan və qadağan olunan informasiyala məhsullarının dövriyyəsinə dair hüquqi tələblər də aydın şəkildə göstərilib ki, qanunun qəbulundan sonra icrasına nəzarət məsələlərinin də uğurlu həllinə nail olunacağına inanıram".

DİGƏR Xəbərlər Arxiv