YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zahid Oruc: Hadisələrin gedişi rəsmi Bakının maraqlarının xeyrinə işləyir

“Son illər ordu dövlət siyasətinin önünə çixib. 2016-cı ilin aprel döyüşlərindən sonra böyük fasilərlə keçən Qarabağ danışıqları Ermənistandakı inqilabın nəticəsi ilə faktiki olaraq, iflasa uğrayıb”. Bu fikirləri Milli Məclisin deputatı Zahid Oruc deyib.

Z.Oruc bildirib ki, hadisələrin gedişi rəsmi Bakının maraqlarının xeyrinə işləyir. Onun sözlərinə görə, İndi Paşinyan hələ də küçə üsyanının təsiri altında özü də bilmədən danışqılar prosesini boykot elərək, ənənəvi müstəvini sındırıb və regionu əldə saxlayan kənar oyunçuların konflikti monopoliyada tutmasına böyük zərbə vurub.

“Kiminsə şübhəsi yoxdur ki, 1-ci Qarabağ müharibəsinin nəticələrini dəyişdirmək üçün 1990-cı illərin ortalarında formalaşan formatın səmərəsizliyi maksimum 10 ildən sonra tam sübuta yetirilmişdi və onu ləğv etməkdən, yeniləməkdən ötrü mütləq İrəvanda səhra komandirlərinin hakimiyyətinə son qoyulmalıydı. İndi Prezident İlham Əliyev bütün regional dövlətlərlə yaxşı siyasi-hərbi əlaqələr quraraq, tarixdə heç vaxt olmayacaq dərəcədə uğurlu bir uzlaşma platformasını formalaşdırmağa nail olub.Təsəvvürə gətirirsizmi- İran, Türkiyə, Rusiya ilə əlaqələrimiz, o cümlədən, həmin dövlətlərin arasındakı ittifaqlar son 30 ildə heç vaxt indiki qədər yaxşı olmayıb. Ona görə də cənab İlham Əliyev ATƏT Baş katibi Tomas Qremingerlə görüşdə İrəvana xəbərdarlıq edərək, faktiki olaraq müharibəyə gerçək hazırlıqlarını qətiyyən gizlətmədi və Bakıda böyük milli coşquya səbəb olan, əsil səfərbərlik hadisəsinə çevrilən 15 sentyabrda keçirilən  hərbi paradın da hədəfi təkcə tarixə ehtiram deyildi, eləcə də dünyaya verilən aydın bir mesajın təntənəsiydi”-deyə, deputat qeyd edib.

DİGƏR Xəbərlər Arxiv