YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kişineuda GUAM-a üzv ölkələrin hökumət başçılarının toplantısı keçiriləcək

Oktyabrın 5-də Moldovanın paytaxtı Kişineu şəhərində GUAM-a üzv ölkələrin hökumət başçılarının toplantısı keçiriləcək.

Toplantıda Azərbaycanı Baş nazirin müavini Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.

İclasda GUAM-a üzv ölkələr arasında iqtisadi, siyasi əlaqələrin inkişafı, beynəlxalq təşkilatlarda birgə fəaliyyətin perspektivləri müzakirə olunacaq.

Sonda hökumət başçılarının birgə bəyannaməsi, GUAM üzvü olan ölkələrin gömrük idarələri arasında dövlət sərhədlərindən malların hava nəqliyyatı ilə daşınması ilə bağlı gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında protokol imzalanacaq.

DİGƏR Xəbərlər Arxiv