YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İlham Məmmədov: Azərbaycan dünyada sabitlik adası kimi xarakterizə olunur

«Dünyada mürəkkəb proseslər şəraitində Azərbaycan ictimai-siyasi sabitliyin təmin olunduğu, pozitiv beynəlxalq imicə sahib olan ölkələr sırasında aparıcı yer tutur». Bu fikri Milli Məclisin deputatı İlham Məmmədov deyib.

İ.Məmmədov bildirib ki, bu faktorun əsasında uğurla reallaşdırılan praqmatik daxili və xarici siyasət kursu dayanır. Onun sözlərinə görə, Azərbaycan dünyada  sabitlik adası kimi xarakterizə olunur.
«Ümumiyyətlə, milli dövlətlərin gücünü müəyyənləşdirən başlıca keyfiyyətlərdən biri həyata keçirilən idarəetmə strategiyasının, başqa sözlə, strateji kursun səmərəlilik səviyyəsidir. Bu kontekstdə hüquqi və sosial dövlət olan, ictimai-siyasi sabitliyin və iqtisadi inkişafın davamlı xarakter daşıdığı Azərbaycanın tərəqqisi real strateji və konseptual əsaslara söykənir. Ölkəmizdə mütəmadi surətdə həyata keçirilən islahatlar yeni inkişaf perspektivlərinin müəyyənləşdirilməsini şərtləndirir. Buna paralel olaraq təhlükəsizlik mühitinin təmin və mühafizə olunması istiqamətində ardıcıl tədbirlər ictimai-siyasi sabitliyin davamlılığını təmin edir. Bütövlükdə, Azərbaycan vətəndaşlarının layiqli həyat şəraitinin təmin edilməsində, sosial rifahın yaxşılaşdırılmasında, inkişafın davamlı olmasında mühüm rol oynayan amillərdən biri də etibarlı təhlükəsizlik və sabitlik mühitidir»-deyə, deputat vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv