YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şahin Mustafayev: Bu il Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının 17-ci iclası və IX Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək

Bu ilin sonunadək Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının 17-ci iclası, sentyabrda isə Gəncədə IX Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Hazırda Azərbaycanda 760-a yaxın Rusiya kapitallı şirkətin fəaliyyət göstərdiyini deyən nazir qeyd edib ki, Azərbaycan tərəfindən Rusiya iqtisadiyyatına 1 milyard ABŞ dollarından çox, Rusiya tərəfindən isə Azərbaycan iqtisadiyyatına 4 milyard ABŞ dollarından çox investisiya yatırılıb. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. Azərbaycandan qeyri-neft məhsullarının ixracı üzrə Rusiya birinci yerdədir. Bu ilin 5 ayında ölkələrimiz arasında ticarət dövriyyəsi 24 faizə yaxın artıb.

 

DİGƏR Xəbərlər Arxiv