YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda neft istehsalı 1,3 faiz artıb, qaz hasilatı isə 8,2 faiz azalıb

Cari ilin yanvar-may aylarında Bakıda xam neftin hasilatı 15 milyon 909 min ton, əmtəəlik təbii qazın istehsalı isə 7 milyard 158 milyon kubmetr təşkil edib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə neft istehsalı 1,3 faiz artıb, qaz hasilatı isə 8,2 faiz azalıb.

Bakı Şəhər Statistika İdarəsindən bildirilib ki, hesabat dövründə mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 13,9 milyard manat olmaqla əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,5 faiz azalıb. Sənaye məhsulunun 82,8 faizi mədənçıxarma sektorunda istehsal olunub.