YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəmsəddin Hacıyev: Hərbi paradda Prezident İlham Əliyevin apardığı siyasətin uğurlu nəticələri bir daha özünü göstərdi

«İyunun 26-da keçirilən hərbi paradda Prezident İlham Əliyevin apardığı siyasətin uğurlu nəticələri bir daha özünü göstərdi». Bu fikri Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev deyib.

Ş.Hacıyev bildirib ki, hərbi paradda Azərbaycan Ordusunun qüdrəti bütün  dünyaya nümayiş etdirildi. Onun sözlərinə görə,  Silahlı Qüvvələrimiz müasir tipli hərbi texnika ilə təchiz olunub.

«Ordumuzun yüksək peşəkarlığı özünü döyüş meydanında da sübut edir. Buna misal olaraq, ordumuzun Aprel döyüşlərində, Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyətli yüksəkliklərin azad edilməsində göstərdiyi qəhrəmanlığı qeyd etmək olar. Azərbaycan dövləti ardıcıl olaraq böyük uğurlara imza atdığı halda, Ermənistanda siyasi böhran getdikcə daha da dərinləşir»-deyə, deputat qeyd edib.