YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cavid Osmanov: Ordumuz istənilən tapşırığı ən yüksək səviyyədə yerinə yetirməyə qadirdir

«Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müstəqil respublikamızda güclü ordu quruculuğu dövlət siyasətinin prioritet istiqamətini təşkil edir». Bu fikri Milli Məclisin deputatı Cavid Osmanov deyib.

C.Osmanov bildirib ki, torpaqlarımızın bir hissəsinin Ermənistan tərəfindən işğal edilməsi  ordumuzun daim gücləndirilməsini zəruri edir. Onun sözlərinə görə, Azərbaycan 20 faizədək torpaqlarının işğala məruz qalması faktı ilə heç vaxt barışmayıb və bundan sonra da barışmayacaq.

«Respublikamız regionda  əmin-amanlığın əsas təminatçısı olduğunu nümayiş etdirərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində ATƏT-in Minsk qrupu tərəfindən aparılan danışıqlarda iştirak edir.  Və bir qayda olaraq, konstruktiv mövqe ortaya qoyur, münaqişənin həllində beynəlxalq hüquq normalarının, müstəqil dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərinin əsas götürülməsini istəyir. Ölkəmiz işğalçı Ermənistanın mövcud status-kvonu müxtəlif spekulyativ vasitələrlə uzatmaq cəhdlərinə dözmək niyyətində deyil. Sülh danışıqları nəticə verməyəcəyi təqdirdə, Azərbaycan öz ərazi bütövlüyünü başqa vasitələrlə, ilk növbədə isə Silahlı Qüvvələrinin gücü ilə təmin edəcək. Məhz buna görə də ölkəmizdə güclü ordu quruculuğu dövlət siyasətinin çox mühüm istiqaməti kimi müəyyənləşdirilib. Dövlət başçısının vurğuladığı kimi bu gün Azərbaycan Ordusu dünyanın güclü orduları sırasındadır. Ordumuz istənilən tapşırığı ən yüksək səviyyədə yerinə yetirməyə qadirdir»-deyə, C.Osmanov qeyd edib.