YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldəniz Səlimov: Azərbaycan regional və qlobal əməkdaşlığın dərinləşməsinə mühüm töhfələr verir

«Azərbaycan regional və qlobal əməkdaşlığın dərinləşməsinə mühüm töhfələr verir». Bu fikri Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

E.Səlimov bildirib ki, ölkəmizin güclü siyasi və maliyyə dəstəyi ilə reallaşdırılan enerji layihələrinin önəmi xüsusi qeyd edilməlidir. Onun sözlərinə görə, indiyədək Azərbaycanın enerji ehtiyatlarının istehlakçılara çatdırılması üçün inşa edilən neft və qaz kəmərləri paralel şəkildə tərəfdaş ölkələrə böyük fayda gətirib.

«Bir neçə gün bundan əvvəl isə qardaş Türkiyənin Əskişəhər şəhərində daha bir mühüm enerji layihəsinin - TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirilib. TANAP Xəzərin Azərbaycan sektorunda yerləşən zəngin “Şahdəniz” yatağından hasil ediləcək qazı Türkiyədən keçməklə Aralıq və Adriatik dənizlərinə, oradan isə Avropa ölkələrinə daşıyacaq Cənub Qaz Dəhlizinin çox mühüm seqmentlərindən biridir. Bu gün Azərbaycanla Türkiyə arasında müxtəlif istiqamətləri əhatə edən əlaqələr xalqımızın Ümummilli lideri Heydər Əliyevin müdrik “Bir millət, iki dövlət” yanaşmasına uyğun olaraq kifayət qədər yüksək səviyyədə qurulub. İki dost və qardaş ölkənin siyasi maraqları üst-üstə düşür və bir-birini tamamlayır. Həm Azərbaycan, həm də Türkiyə regional və qlobal əməkdaşlıq platformalarında ədalət mövqeyində dayanır və daim bir-birinə möhkəm dəstək nümayiş etdirirlər»-deyə, deputat qeyd edib.

 

DİGƏR Xəbərlər Arxiv