YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Gürcüstan iqtisadiyyatına 51 milyon dollar investisiya yatırıb

Bu ilin birinci rübündə Azərbaycan Gürcüstan iqtisadiyyatına 51 milyon dollar həcmində investisiya qoyub.

Hesabat dövründə investisiyaların həcminə görə Azərbaycan Gürcüstanın ikinci ən böyük investoru olub. Gürcüstan iqtisadiyyatına ən çox investisiya yatıran ölkə Böyük Britaniya (82,7 milyon dollar) olub. Ölkənin üçüncü ən böyük investoru isə Çindir (41,6 milyon dollar).

Birinci rübdə Gürcüstana ümumilikdə 279,3 milyon dollar həcmində investisiya qoyulub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 32,9 faiz azdır. Ən böyük investisiyalar maliyyə, tikinti və istehsal sahələrinə yatırılıb.

 

DİGƏR Xəbərlər Arxiv