YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Rzayev: Ölkəmizin sosial-iqtisadi inkişaf, infrastruktur quruculuğu və digər istiqamətlərdə qazandığı uğurlar beynəlxalq miqyasda etiraf edilir

«Uğurlu siyasət nəticəsində Azərbaycanın inkişafı elə yüksək səviyyəyə çatıb ki, artıq ölkəmizin sosial-iqtisadi inkişaf, infrastruktur quruculuğu və digər istiqamətlərdə qazandığı uğurlar beynəlxalq miqyasda da etiraf olunur». Bu fikri Milli Məclisin deputatı Tahir Rzayev deyib.

 T.Rzayev bildirib ki, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı respublikamızın perspektiv inkişafı ilə bağlı müsbət proqnozlar veriblər. Nüfuzlu Davos İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”na əsasən, Azərbaycan mövqeyini daha iki pillə yaxşılaşdıraraq 35-ci yerdə qərarlaşıb. 
Dünya İqtisadi Forumunun ekspertləri tərəfindən hazırlanan hesabatda ölkəmizin yol infrastrukturu yüksək qiymətə layiq görülüb. Hesabatda göstərilib ki, Azərbaycanın yolları keyfiyyətinə görə MDB-də ən yaxşı yollardır.

«Beynəlxalq iqtisadi forumun reytinqində Azərbaycanın yolları dünya üzrə sıralamada 36-cı yerdə qərarlaşıb. Azərbaycanın yüksək səviyyəli müasir infrastruktur quruculuğu siyasəti bütün ölkə boyu mövcud yolların əsaslı şəkildə yenidən qurulmasında, həmçinin yeni yolların çəkilməsində qabarıq şəkildə nəzərə çarpır. Respublikamızda 2004-cü ildən bəri böyük uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında dəmir yolu, hava, su nəqliyyatı və avtomobil yolları ilə bağlı 64 tədbir nəzərdə tutulub. Artıq nəzərdə tutulan layihələrin böyük əksəriyyəti yüksək səviyyədə tamamlanıb. Belə ki, 2004-cü ildən bəri respublikamızda 12 min 300 kilometr yol çəkilib, 443 körpü tikilib. Ölkə boyu yol infrastrukturunun yenilənməsi öz müsbət nəticələrini verməkdədir. Burada müasir yol infrastrukturunun Azərbaycanın ümumi inkişafına böyük təkan verməsini xüsusi qeyd etmək lazımdır. Son illərdə bölgələrdə iqtisadi aktivlik əhəmiyyətli dərəcədə artıb. Dövlət vəsaiti hesabına yaradılan yol infrastrukturundan bəhrələnən sahibkarlar bölgələrdə aqrar sektorda, emal sənayesində müxtəlif layihələrin reallaşdırılmasına məmnuniyyətlə sərmayələr yönəldirlər»-deyə, T.Rzayev qeyd edib.