YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

NATO Azərbaycan sülhməramlılarının Əfqanıstandakı fəaliyyəti ilə bağlı videoçarx yayıb

NATO-nun Əfqanıstanda həyata keçirdiyi “Qətiyyətli Dəstək” missiyasının rəsmi Twitter səhifəsində Azərbaycan sülhməramlılarının əməliyyatda iştirakı ilə bağlı xüsusi videoçarx yayılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, videoçarxda Əfqanıstandakı Azərbaycan hərbi kontingentinin rəhbəri polkovnik-leytenant Tayfur Rüstəmovun ölkəmizin missiyadakı iştirakının məqsədləri ilə bağlı çıxışı təqdim edilib.

Tayfur Rüstəmov deyib: “Sülhməramlılarımızın NATO-nun rəhbərlik etdiyi əməliyyatlarda iştirakı Alyans ilə Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindəndir. Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyasında müəyyən olunan “müvafiq beynəlxalq təşkilatların mandatı altında sülhməramlı və böhranlara cavab əməliyyatlarında iştirak” ölkənin müdafiə siyasətinin əsas məqsədlərindən biridir. Bu kimi əməliyyatlarda iştirakımız ölkəmizin beynəlxalq sülh və təhlükəsizliyə verdiyi töhfənin bariz nümunəsi olmaqla yanaşı, Azərbaycan Silahlı Qüvvələrinin imkanlarının inkişaf etdirilməsinə və qarşılıqlı koordinasiyanın artırılmasına xidmət edir.

Azərbaycanın yüzdən artıq hərbi qulluqçusu “Qətiyyətli Dəstək” missiyasında iştirak edir. Hazırda missiyada NATO qüvvələri ilə yanaşı, Azərbaycanın iki piyada bölüyü, tibb və qərargah zabitləri xidmət edir. Azərbaycan Əfqanıstanın gələcəyi naminə səy göstərir”.

 

DİGƏR Xəbərlər Arxiv