YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xəzər dənizinin hüquqi statusu üzrə xüsusi işçi qrupunun növbəti iclası da Qazaxıstanda keçiriləcək

Astanada Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirilən xüsusi işçi qrupunun növbəti iclası başa çatıb.

Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın nümayəndə heyətlərinin qatıldığı iclasda ölkəmizi xüsusi işçi qrupunun Azərbaycan tərəfindən rəhbəri, xarici işlər nazirinin müavini Xələf Xələfovun başçılığı ilə nümayəndə heyəti təmsil edib.

İclasda Konvensiyanın layihəsi ilə yanaşı, Xəzəryanı dövlətlərin Qazaxıstanda keçirilməsi planlaşdırılan dövlət başçılarının beşinci zirvə toplantısına aid digər sənədlər də müzakirə olunub.

Danışıqların yekununda digər sənədlər, o cümlədən Xəzəryanı dövlətlərin hökumətləri arasında nəqliyyat sahəsində əməkdaşlıq Sazişi, ticari-iqtisadi əməkdaşlıq haqqında Saziş, Xəzər dənizində mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş, terrorçuluğa qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Protokol, Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq və sərhəd idarələrinin qarşılıqlı fəaliyyəti haqqında Saziş üzərində iş uğurla başa çatdırılıb.

Nümayəndə heyətləri danışıqların nəticələrini alqışlayıb və görüşün yüksək səviyyədə təşkilinə görə Qazaxıstan Respublikasına minnətdarlıqlarını bildiriblər.

Xüsusi işçi qrupunun növbəti iclası Qazaxıstanda keçiriləcək. Həmin iclasın keçirilmə tarixi diplomatik kanallarla razılaşdırılacaq.

 

DİGƏR Xəbərlər Arxiv