YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ziyafət Əsgərov: Xalq Cümhuriyyəti dövründə xalqımızın taleyinə ciddi təsir edə biləcək qanun və qərarlar qəbul olunub

«Cəmi 23 ay mövcud olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti  qısa müddətdə tarixi bir missiyanı yerinə yetirərək çox genişmiqyaslı demokratik islahatlar həyata keçirib». Bu fikri Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.

Z.Əsgərov bildirib ki, Cümhuriyyət dövründə xalqımızın taleyinə ciddi təsir edə biləcək qanun və qərarlar qəbul olunub. Onun sözlərinə görə, Azərbaycan parlamenti bütün müsəlman Şərqində o dövrün demokratik prinsipləri əsasında formalaşdırılan ilk parlament olub.

«Üç ayda parlamentdə təxminən 270-dək qanun layihəsi müzakirəyə çıxarılıb. Onlardan 230-u qəbul olunub. Parlament qəbul etdiyi qərarlarla milli dövlətçiliyin əsaslarının formalaşdırılması və gücləndirilməsinə tarixi töhfələr verib. AXC qurucuları müsəlman Şərqində ilk demokratik respublika yaratdılar. AXC yarandığı gündən xarici və daxili qüvvələr tərəfindən müxtəlif təzyiqlərə məruz qalıb. Həm xaricdən, həm də daxildən daşnak ermənilər, həmçinin menşevik qüvvələr Azərbaycanın müstəqil dövlət kimi formalaşmasına mane olublar. Lakin bütün bu çətinliklərə baxmayaraq Cümhuriyyət dövründə milli ordumuzun yaradılması, atriburtlarımız, dövlət dilimiz haqqında qanunun qəbul olunması, maarif və səhiyyə sahəsində geniş tədbirlərin həyata keçirilməsi, Azərbaycanın sərhədlərinin və təhlükəsizliyinin təmini istiqamətində böyük işlər görülüb»-deyə, birinci vitse-spiker vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv