YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şahin İsmayılov: Gənclərimizin hərbi vətənpərvərlik ruhu çox yüksəkdir

«Hazırda  ölkəmizdə  uğurlu dövlət gənclər siyasəti həyata keçirilir. Bizim gənclik azad düşünür, demokratik cəmiyyətdə  yaşayır, məhdudiyyətsiz olaraq fəaliyyət göstərir. Xüsusilə, dövlətdən də ən yüksək səviyyədə dəstək alır». Bu fikirləri Milli Məclisin deputatı Şahin İsmayılov deyib.

Ş.İsmayılov bildirib ki, Azərbaycanda gənclərin inkişafı üçün bütün imkanlar yaradılıb. Onun sözlərinə görə,  «Gənclər siyasəti haqqında» qanunla gənc nəslə dövlət qayğısının prinsipləri müəyyənləşdirilib.

«Eyni zamanda müvafiq dövlət proqramları vasitəsilə gənclərimiz dəstəklənir. Ölkə rəhbərliyinin həyata keçirdiyi məqsədyönlü və ardıcıl siyasət nəticəsində gənclər bu gün demokratikləşmə prosesində, mədəniyyət, incəsənət, elm və idman sahəsində inamla irəliləyir, zəngin mədəni irsimizin qorunub saxlanması və inkişaf etdirilməsi yolunda mühüm addımlar atırlar. Prezident İlham Əliyev qloballaşma əsrində dünya elminə, təhsilinə inteqrasiyanı vacib sayaraq azərbaycanlı gənclərin xaricdə təhsil almasına ciddi əhəmiyyət verir. Bunda məqsəd, şübhəsiz, yeni düşüncəli, kreativ ruhlu gənclik yetişdirmək, dövlət idarəçiliyini yüksək ixtisaslı kadrlarla təmin etməkdir. Onu da xüsusi olaraq qeyd etmək istəyirəm ki, bu gün gənclərimizin hərbi vətənpərvərlik ruhu çox yüksəkdir»- deyə, deputat qeyd edib.

DİGƏR Xəbərlər Arxiv