YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Argentina əməkdaşlığının inkişaf perspektivləri müzakirə edilib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda argentinalı həmkarı Hektor Markos Timerman ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən  bildiriblər ki, argentinalı nazir beynəlxalq təşkilatlar çərçivəsində hər iki ölkənin faydalı əməkdaşlıq etdiyini vurğulayıb, ikitərəfli münasibətlərin mövcud səviyyəsini yüksək qiymətləndirib.

Elmar Məmmədyarov argentinalı həmkarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mövcud durumu və aparılan danışıqlar prosesi haqqında məlumat verib. O, Hektor Markos Timermanı ölkəmizə rəsmi səfərə dəvət edib. Argentinalı nazir dəvəti məmnuniyyətlə qəbul edib.

Görüşdə iki ölkə arasında turizm, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi yolları, regionda və dünyada baş verən hadisələrlə bağlı fikir mübadiləsi aparılıb.

 

DİGƏR Xəbərlər Arxiv