YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri professor Klaus Şvab Prezident İlham Əliyevə təbrik ünvanladı

Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri professor Klaus Şvab Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanladı.

Təbrikdə deyilir: “Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbrik edirəm. Əvvəlki illərdə hədəf seçdiyiniz islahatlar yolu və ixracın şaxələndirilməsi gündəliyinin davam etdirilməsində Sizə səmimi qəlbdən uğurlar arzulayıram.

Sizi 2019-cu il yanvarın 22-25-də İsveçrədə, Davos-Klostersdə keçiriləcək Dünya İqtisadi Forumunun 49-cu illik görüşünə dəvət etməkdən məmnunluq duyuram.

Bu ilin yanvar ayında keçirilən illik görüş bir daha nümayiş etdirdi ki, ilin əvvəllərində qlobal gündəliyi formalaşdıran çoxtərəfli toplantıya həmişəkindən daha böyük ehtiyac var idi.

Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın enerji təhlükəsizliyini gücləndirmək istiqamətində davam edən səylərlə yanaşı, Azərbaycanın Çin və Avropa arasında tranzit qovşağı kimi artan vacib rolunu nəzərə alaraq, Sizin tədbirdə iştirakınız ölkənizin regional və beynəlxalq əməkdaşlığa töhfəsini daha da artıracaq.

Görüşdə iştirak edəcək 3 min hökumət, biznes və vətəndaş cəmiyyəti lideri adından, Sizin tədbirdə fəal iştirakınızı səbirsizliklə gözləyirəm”.

DİGƏR Xəbərlər Arxiv