YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hadi Rəcəbli: Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz yeni-yeni nailiyyətlər qazanacaq

«Prezident İlham Əliyev yeni əsrin yeni lideri olaraq Azərbaycanı inamla irəli aparır». Bu fikri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib.

H.Rəcəbli bildirib ki, cənab Prezidentin hakimiyyət illəri ölkənin dinamik inkişafı, sürətlə modernləşməsi, dünyada nüfuz və söz sahibinə çevrilməsi ilə səciyyəvidir. Komitə sədri qeyd edib ki, Prezident İlham Əliyev hakimiyyətə gəldiyi gündən onun siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır.

«Əhalinin rifahının yaxşılaşdırılması, sosial problemlərin həlli istiqamətində ardıcıl addımlar atılır. Azərbaycan xalqı İlham Əliyevə inanır, Onun daha xoşbəxt gələcək vəd edən daxili və xarici siyasətini hamılıqla dəstəkləyir. Bu dəstəyin nəticəsidir ki, cənab İlham Əliyev yenidən Azərbaycanın dövlət başçısı seçildi. İnanırıq ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz yeni-yeni nailiyyətlər qazanacaq»-deyə, H.Rəcəbli vurğulayıb.