YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyə Ali Seçki Komissiyasının sədri: Prezident seçkilərinin Azərbaycan xalqına uğur gətirəcəyinə inanıram

Aprelin 10-da Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Türkiyə Ali Seçki Komissiyasının sədri Sadi Güvənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Sadi Güvən Azərbaycanda 11 aprel prezident seçkilərinin ədalətli, şəffaf keçiriləcəyinə əminliyini ifadə edib. O, seçkilərin Azərbaycan xalqına uğur gətirəcəyinə inandığını bildirib.

MSK sədri Məzahir Pənahov hər iki ölkənin bütün sahələrdə, o cümlədən seçki prosesinə hazırlıq məsələlərində qarşılıqlı təcrübə mübadiləsinə ehtiyac duyduğunu söyləyib. O, prezident seçkilərinə hazırlıq işləri barədə ətraflı məlumat verib, qonaqların suallarını cavablandırıb.

 

DİGƏR Xəbərlər Arxiv