YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı iclası keçirilib

Bu gün Milli Məclisin 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı iclası keçirilib. Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Milli Məclisin sədri Oqtay Əsədov çıxış edərək deyib ki, Prezident İlham Əliyevin yanvarın 18-də imzaladığı Sərəncama əsasən 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi dövlət səviyyəsində tədbirlərlə qeyd edilir. Parlamentin bugünkü iclası da tariximizin bu qanlı səhifəsinə həsr olunub.

İclasda AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov azərbaycanlıların soyqırımının 100 illiyinə dair geniş məruzə ilə çıxış edib. O, soyqırımının tarixi, ağır nəticələri haqqında ətraflı məlumat verərək bildirib ki, Azərbaycan xalqının başına gətirilən müsibətlər ermənilərin Cənubi Qafqaza köçürülməsi ilə başlayıb. Y.Mahmudov hazırda dövlət rəhbərliyi tərəfindən bu tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində zəruri işlərin həyata keçirldiyini vurğulayıb. O, həmçinin bu yöndə AMEA-nın Tarix İnstitutunun gördüyü işlər, nəşr olunmuş elmi-tarixi əsərlər haqqında da məlumat verib.

İclasda çıxış edən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yap İcra katibinin müavini Siyavuş Novruzov, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev, Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli və başqaları qeyd ediblər ki, erməni silahlılarının Azərbaycan xalqına qarşı törətdikləri cinayətlərin bənzəri yoxdur, dünya tarixində bu cür vəhşiliklər yoxdur. Bu, bəşər tarixində ən dəhşətli soyqırımlarından biridir.

Sonda vitse-spiker Bahar Muradova Milli Məclisin azərbaycanlıların soyqırımının 100 illiyinə dair Bəyanatı təqdim edib. Bəyanat qəbul olunub.