YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tovuzda təbliğat-təşviqat kampanyası uğurla davam edir

Aprelin 11-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası uğurla davam edir.

Kampaniya çərçivəsində YAP Tovuz rayon təşkilatının Seçki Qərargahının üzvləri seçicilərlə növbəti görüşlərini keçirib. Rayonun Əlmərdanlı, Xatınlı, Azaflı kəndlərində və Qovlar şəhərində keçirilən görüşlərdə təbliğat qrupunun üzvləri cənab İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 15 il ıərzində dövlətimizin qazandığı möhtəşəm nailiyyətlər, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən mühüm işlər barədə ətraflı məlumat veriblkər. Seçicilərlə görüşlərdə çıxış edən Milli Məclisin deputatı Rafiq Məmmədhəsənov vurğulayıb ki, son 15 ildə Azərbaycan bütün sahələrdə uğurlar qazanıb. Ölkəmiz hazırda regionun lider dövlətidir. Azərbaycan iqtisadiyyatının inkişaf etməsi ölkəmizin həm regionda, həm də dünyada mövqeyini ciddi şəkildə möhkəmləndirib. Milli Məclisin deputatı

Seçicilər bir daha cənab İlham Əliyevə möhkəm inamlarını ifadə edərək 11 apreldə YAP-ın namizədinə səs vermək əzmlərini nümayiş etdiriblər.

DİGƏR Xəbərlər Arxiv