YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatı prezident seçkiləri ilə əlaqədar təbliğat kampaniyasını uğurla davam etdirir

Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatı prezident seçkiləri ilə əlaqədar təbliğat kampaniyasını uğurla davam etdirir.

30 mart  2018-ci il tarixdə  rayon təşkilatının təbliğat qrupunun üzvlərinin rayonun  Günəhir,Bəliton və Türkəncil kəndlərində yaşayan seçicilər  ilə görüşü oldu.

Görüşdə Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Lənkəran rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvü Ağacəfər Fətullayev  qeyd etdi ki, yaranan iqtisadi potensialın güclənməsi, infrastruktur və investisiya la­yi­hə­lərinin müxtəlif sahələri əhatə etməsi, əhalinin müxtəlif təbəqələri arasın­da fərq­lərin azaldılması, qeyri-neft sektorunun inkişafı ilə bağlı hədəfələrin real­laş­ması son 15 ildə görülən işlər, əldə olunan uğurlu nəticələr Azərbaycanın dün­ya­ya özünün inkişaf modelini təqdim etməsinə əsas verir. İnkişafın Azərbaycan mo­delinin mövcudluğu uğurlu siyasətin göstəricisidir. Qeyri-neft sektorunun sü­rətlə genişlənməsi, Azərbay­can­da sənayeləşmə prosesinin davam etməsi, iqti­sa­di zonaların yaradılması ölkənin inki­şafını daha da sürət­lən­dirir.
Azərbaycan xalqının hazırda kifayət qədər populyar, işgüzar, praqmatik, to­lerant bir lideri – İlham Əliyev var və ölkəmizin ikinci liderə qətiyyən ehtiyacı yoxdur. Bu liderə qarşı çıxmaq istəyən partiya və siyasi qüvvələrin nəsibi bir­mə­nalı şəkildə məğlubiyyət olacaq. O qüvvələrin yalnız “inqilabi” təcrübə top­la­maq məqsədi ilə kiçik qruplar halında toplaşıb siyasi imitasiyaya gücləri çatar.
 YAP-ın liderini - Prezidentimizi butun Azər­baycan xalqı sevir və ona inanır, güvənir. Hamını bir nəfər kimi pre­zi­den­timizi dəstəkləməyə və ona olan sevgi və məhəbbətimizı aprelin 11-də təsdiq­lə­mə­yə dəvət edirəm!

Tədbirdə təbliğat-təşviqat qrupunun üzvlərindən Sərhad Məmmədov,Kamran Kazımov, kənd sakinlərindən Hacıhəsən Seyfullayev və Tofiq Fərəcov çıxış edərək seçiciləri 11 Aprel 2018-ci ildə keçiriləcək Prezident seçkilərində fəal iştirak etməyə və YAP-ın vahid namizədi Cənab İlham Heydər oğlu Əliyevə səs verməyə çağırdılar.