YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP-ın Qazax rayon təşkilatənın təbliğat-təşviqat qrupu Böyük Cəfərli, Qarapapaq kəndlərində seçicilərlə görüşlər keçiriblər

2018-ci il aprelin ayının 11-nə təyin edilmiş Azərbaycan Respublikası prezidentinin seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası Seçki Qərərgahının Qazax rayon şöbəsinin təbliğat-təşviqat qrupu təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir.

Mart ayının 28-də YAP Seçki Qərərgahı Qazax rayon Şöbəsinin Təbliğat Qrupunun üzvləri  tədbirlər planına uyğun olaraq rayonun Böyük Cəfərli, Qarapapaq kəndlərində seçicilərlə görüşlər keçiriblər. Görüşlərin hər birində  150-200 nəfər seçici iştirak etmişdir. Təbliğat qrupunun üzvlərindən Polad Ağakişiyev, Fərhad Qocamanov, Nizaməddin Məmmədov, Mübariz Süleymanov, Nəsibə Tağıyeva, Tərlan Bədəlova seçicilər qarşısında  çıxış etmiş Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin 15 il ərzində gördüyü işlərdən, seçki proqramından ətraflı danışmışlar. Seçicilər yekdilliklə  11 aprel 2018-ci il tarixdə seçki məntəqələrinə gələrək cənab İlham Əliyevə səs verəcəklərini bəyan etmişlər.

 

 

 

DİGƏR Xəbərlər Arxiv