YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qəbələdə təbliğat kampaniyası uğurla davam edir

11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının Qəbələ rayon təşkilatı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüş Yeni Dızaxlı, Dızaxlı və Ziring kəndlərindən olan seçicilərlə keçirilib.

Tədbiri giriş sözü ilə YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov açaraq son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin uğurlarından bəhs edib və hamını yekdilliklə cənab İlham Əliyevə səs verməyə çağırıb.

Tədbirdə çıxış edən Milli Məclisin Mədəniyyət komitəsinin sədri  Rafael Hüseynov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz qüdrətlənir, xalqımız əmin-amanlıq içərisində yaşayır və istəyir ki, ölkədəki mövcud əmin-amanlıq, iqtisadi və sosial inkişaf davamlı və əbədi olsun. O bildirib ki, ölkə başçısı cənab İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə Azərbaycan çox böyük sürətlə inkişaf edib, qısa müddət ərzində inqilabi sıçrayış əldə edilib və prezidentliyə namizəd İlham Əliyevin seçki proqramının əsas məğzi də ölkəmizi iqtisadi cəhətdən inkişaf etdirmək, xalqın maddi rifah halını yüksəltmək, respublikamızı beynəlxalq aləmdə tanıtmaqdan ibarətdir.

Görüşdə seçicilər adından Mustafa Sovzuyev, Elbrus Məmmədov, Sənan Süleymanov, Qorxmaz Qasımov, Cəlil Səfərçinov və Mirzəmməd Mirzəliyev çıxış edərək 11 aprel 2018-ci ildə seçki məntəqələrinə gələrək, İlham Heydər oğlu Əliyevə səs verəcəklərini böyük ruh yüksəkliyi ilə bildiriblər.