YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qarabağ müharibəsi və Çernobıl əlilləri, veteranlar və şəhid ailələri cənab İlham Əliyevə etimad göstərir

Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının şəhər və rayon şöbələri prezident seçkisi ilə bağlı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirirlər. Partiyanın Sədri, Azərbaycan Respublikası Prezidentliyinə namizəd İlham Əliyevin seçki kampaniyası çərçivəsində növbəti görüş Nizami rayon Qarabağ müharibəsi və Çernobıl əlilləri, veteranlar və şəhid ailələri ilə keçirilib.

Tədbirdə cənab İlham Əliyevin fəaliyyətinə dair YAP Nizami rayon təşkilatının hazırladığı video-çarx nümayiş etdirilib.

Sonra çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva bildirib ki, müharibə şəraiti davam etsə də, Azərbaycan qüdrətli dövlətə çevrilib. Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü, qətiyyətli daxili və xarici siyasət nəticəsində Azərbaycan dünyanın inkişaf edən ölkələri sırasına qoşulub: “Bu gün müstəqil Azərbaycan mürahibə nəticəsində qaçqın və məcburi köçkünlərə, mürahibədə şəhid və fiziki sağlamlığını itirən şəxslərin, Çernobıl əlillərinin ailələrinə xüsusi diqqət ayırır. Azərbaycanda məcburi köçkün ailəsi artıq çadırda yaşamır. Fiziki sağlamlığını itirən müharibə əlilləri üçün hər cür lazımi şərait yaradılır. Şəhid ailələri və əlillərə mütəmadi olaraq yeni mənzillər, avtomobillər verilir. Onların müalicəsi üçün reabilitasiya mərkəzləri açılır və lazım gələndə isə müalicə olunmaq üçün xarici ölkələrə göndərilirlər. Bir sözlə, dövlətin bu təbəqəyə göstərdiyi qayğı göz önündədir. Bu səbəbdən də, bu kateqoriyadan olan insanların seçimi məhz cənab İlham Əliyevdir”.

Çıxış edən “Azərbaycan Qarabağ Əlilləri və Şəhid Ailələri” İctimai Birliyinin sədri Mehdi Mehdiyev, “Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin sədri Mirhəsən Həsənov, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədr müavini Vahid Əbdürrəhmanov və digər çıxış edənlər də onlara göstərilən diqqət və qayğıdan danışıblar.

Bildiriblər ki, cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini müharibə və Çernobıl əlillərinin, veteranların, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir.

Diqqətə çatrıdıblar ki, Qarabağ müharibəsi və Çernobıl əlilləri, veteranlar və şəhid ailələri dövlətimizin qarşısında duran taleyüklü məsələlərin həlli üçün özünü doğruldub, xalqımız tərəfindən dəstəklənən siyasətin davam etdirilməsini vacib biliblər. İnkişaf edən, güclənən, dünyanın qabaqcıl ölkələri sırasında layiqli yer tutan Azərbaycanın sınaqlardan çıxmış lideri cənab İlham Əliyev Qarabağ müharibəsi və Çernobıl əlillərinin, veteranların və şəhid ailələrinin layiqli namizədidir. Məhz buna görə də, onlar Azərbaycan xalqını yerlərdə seçkiqabağı tədbirlərdə fəal iştirak və düzgün seçim edib aprelin 11-də cənab İlham Əliyevə - davamlı inkişafa, sabitliyə və Azərbaycanın xoşbəxt gələcəyinə səs verməyə çağırıblar.

DİGƏR Xəbərlər Arxiv