YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şamaxı rayonunun Dağ-Bağırlı, I Çaylı, və Quşçu kəndlərinin seçiciləri ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Şamaxı rayon şöbəsi aprelin 11-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüşlərini rayonun Dağ-Bağırlı, I Çaylı, və Quşçu kəndlərinin seçiciləri ilə keçiriblər.

Görüşlərdə YAP Mərkəzi Seçki Qərargahı Şamaxı rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvü Eyvaz Eminaliyev çıxış edərək YAP-ın namizədi cənab İlham Əliyevin siyasi fəaliyyətindən, alternativsiz liderimizin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi naminə misilsiz xidmətlərindən, həmçinin ölkədə aparılan quruculuq-abadlıq işlərindən danışıb. Bildirib ki, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ötən 15 il ərzində bütün sahələrdə uğurlar əldə edib. E.Eminalıyev seçiciləri xalqımızı uğurlu sabahlara aparan ulu öndər Heydər Əliyev siyasətinin davamlılığına səs verməyə çağırıb.

Qərargah üzvlərindən Ağarza Bayramov, Tünzalə Yusifova, Fatma Quliyeva, Səməd Fətəliyev, Namiq Rzazadə, Şahmar Hüseynov, Hacıbaba Şıxıyev və Güllü Babaşova çıxış edərək bildiriblər ki, artıq şamaxılılar öz seçimlərini edərək 11 aprel tarixində hamılıqla uğurlu inkişafa, Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcəklər.

Görüşlərdə iştirak edən seçicilər birmənalı olaraq ən layiqli namizəd cənab İlham Əliyevə səs verəcəklərini əmin ediblər.

Görüşlər ümumilikdə 19, 20, 21, 22 saylı məntəqələrdə qeydiyyatda olan  500-dən çox seçicini əhatə edib.

DİGƏR Xəbərlər Arxiv