YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Biz göyçaylılar uğurlu siyasəti öz həyatımızda hiss edirik

11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Göyçay rayon şöbəsi, partiya tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Aşağı Qaraməryəm və Alpout kənd ərazilərində seçicilərlə görüşlər keçirib.

YAP Mərkəzi Seçki Qərargahı Göyçay rayon şöbəsinin və partiyanın rayon təşkilatının sədri Sahib Şükürov çıxış edərək bildirib ki, bu qələbəni şərtləndirən başlıca amil Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən 15 il ərzində həyata keçirilən siyasət və əldə edilən uğurlardır: «Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və dövlətimizin qüdrətlənməsinin təminatı olan davamlı inkişaf strategiyası bu gün cənab İlham Əliyev tərəfindən yeni mərhələdə uğurla davam etdirilir. Həyata keçirilən siyasətin uğurlu nəticələrini biz göyçaylılar da öz həyatımızda hiss edirik.»

S.Şükürov çıxışının sonunda Azərbaycanın gələcək inkişafı naminə seçiciləri cənab İlham Əliyevə səs verməyə çağırıb.

Təbliğat-təşviqat qurupunun üzvləri Zemfira Əliyeva, Rövşən Zamanov, Elçin İsmayılov, Rövşən Şərifov, Elçin Bilalov, Elnur İsmayılov, Cavid Rəhimov, Ləman Hacıyeva Namət Şirinov çıxış edərək son 15 ildə ölkəmizdə tarixdə görünməmiş möhtəşəm quruculuq işlərinin aparlıdığını bildiriblər. Çıxış edənlər seçiciləri cənab İlham Əliyevə səs verəməyə çağırıblar.

Kənd sakinlərindən Gülnaz İbişova, Yaşar İsayev, Qəhraman İbrahimov,Tamara Qasımova, Aqif Həsənov çıxış edərək Göyçay seçicilərinin aprelin 11-də fəal və mütəşəkkil şəkildə seçki məntəqələrinə gedərək ulu öndər Heydər Əliyev siyasətinə, bu siyasətin layiqli davamçısı cənab İlham Əliyevə səs verəcəyinə əminliklərini ifadə ediblər.

DİGƏR Xəbərlər Arxiv