YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qazax seçiciləri cənab Prezident İlham Əliyevə səs verəcək

Aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası uğurla davam edir. Qazax rayonunda da YAP-ın prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşlər keçirilib. Alpout, Qazaxbəyli, Kommuna kəndlərində keçirilən görüşlərdə YAP Qazax rayon təşkilatının seçki qərargahının üzvləri Paşa Hadıyev, Polad Ağakişiyev, Anar Nəbiyev, Fərhad Qocamanov, İsgəndər Qurbanov, Məmməd Yusifov, Ədalət Hüseynov, Mehman Balayev seçicilər qarşısında çıxış ediblər. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son 15 ildə əldə olunan uğurlar, qazanılan nailiyyətlər Azərbaycan vətəndaşları tərəfindən yüksək dəyərləndirilir. Qeyd olunub ki, təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni dövrün tələblərinə uyğun olaraq davam etdirilir. Seçki qərargahının üzvləri seçiciləri 11 apreldə cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Çıxış edən kənd sakinləri də bu gün ölkəmizdə yürüdülən siyasi kursu dəstəklədiklərini bildiriblər. Qeyd edilib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan daha yüksək nailiyyətlərə imza atacaq.