YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nəsimi rayon təşkilatı "İLHAMLA İRƏLİ" adlı tədbir keçirib

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı səhiyyə işçiləri ilə 11 aprel 2018-ci ildə keçiriləcək Azərbaycan Respublikasının Prezidenti seçkilərinə həsr edilmiş "İLHAMLA İRƏLİ" adlı tədbir keçirib.

Tədbirdə 350-dən çox səhiyyə işçisi ilə yanaşı, rayon seçki qərargahının üzvləri də iştirak ediblər. Tədbirə qatılan təbliğatçılar qarşıdakı 7 il ərzində daha güclü və qüdrətli Azərbaycan naminə 11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkilərində cənab İlham Əliyevin namizədliyinin dəstəklənməsi üçün çağırış ediblər.

Tədbirdə çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı  cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi son 15 il ərzində əldə olunan uğurlardan və inkişafdan ətraflı bəhs edib. M.İbrahimqızı əlavə edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi səmərəli iqtisadi siyasət nəticəsində inkişafın Azərbaycan modelinin əsası qoyulub: "Azərbaycan dünyaya yeni iqtisadi inkişaf modeli təqdim edib və bu, bir çox ölkələr üçün nümunədir. İdarəetmənin təkmilləşdirilməsi istiqamətində mühüm islahatlar həyata keçirilib. İnfrastruktur layihələri uğurla reallaşdırılıb, o cümlədən ötən 15 ildə ölkə boyu 600-dən çox tibb müəssisəsi tikilib və yaxud əsaslı şəkildə təmir edilib. Ən yüksək standartlar səviyyəsində qurulan və müasir avadanlıqla təchiz edilən bu tibb ocaqlarında müxtəlif xəstəlikləri müayinə və müalicə etmək mümkündür. Regionlarda istifadəyə verilən yeni tibb ocaqlarında əhaliyə yüksəkkeyfiyyətli səhiyyə xidməti göstərilir ki, bu da Azərbaycan dövlətinin siyasətinin mərkəzində ölkə vətəndaşlarının dayandığını göstərir. Mən seçiciləri 11 aprel tarixində seçki məntəqələrinə gəlməyə və liderimiz cənab İlham Əliyevə səs verməyə çağırıram. Azərbaycanın xoşbəxt gələcəyi Heydər Əliyev siyasəti və bu siyasəti uğurla davam etdirən cənab İlham Əliyevin adı ilə bağlıdır".

Daha sonra çıxış edən səhiyyə işçiləri bu seçkilərdə də cənab İlham Əliyevin qələbə qazanacağına kimsənin şübhə etmədiyini söyləyib, aprelin 11-də Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

DİGƏR Xəbərlər Arxiv