YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ucar seçiciləri: Azərbaycanın inkişafı İlham Əliyevlə davam edəcək

Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Ucar rayon şöbəsi təbliğat-təşviqat kampaniyasının qrafiki üzrə yerlərdə seçicilərlə görüşlərini davam etdirir. Ötən gün YAP Mərkəzi Seçki Qərargahı rayon şöbəsi 11 aprel 2018-ci ildə Azərbaycan Respublikası Prezidenti seçkilərinə həsr edilmiş «İlhamla irəli» şüarı ilə rayonun Rəstəcə kəndində açıq havada mitinq keçirib.

Tədbiri giriş sözü ilə açan  YAP Mərkəzi Seçki Qərargahı Ucar rayon şöbəsinin və partiyanın rayon təşkilatının sədri Şəhla Abdullayeva bildirib ki, Azərbaycan xalqı 15 ildir ki, cənab İlham Əliyevin sayəsində firavanlıq şəraitində yaşayır və öz xoşbəxt gələcəyini qurur: «Milyonlarla insanın, seçicilərin amalı budur ki, cənab İlham Əliyev yenə də dövlət başçısı seçilsin və Azərbaycanın inkişafı bundan sonra da davam etsin. Əminliklə deyə bilərəm ki, 11 apreldə xalqımız, o cümlədər ucarlılar hamılıqla prezidentliyə namizəd cənab İlham Əliyevə səs verəcəklər.»

Təbliğat qrupunun üzvləri Alı Babayev və Rahib Rəsulov çıxış edərək Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin rəhbərliyi ilə 2003-2018-ci illərdə müstəqil Azərbaycanımızın qazandığı möhtəşəm tarixi nailiyyətlər haqqında ətraflı məlumat verərək seçiciləri cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər adından Rəstəcə kənd sakini Rafiq Məmmədzadə və Rauf Məmmədov çıxış edərək ötən 15 ildə cənab İlham Əliyevin hər bir azərbaycanlının Prezidenti olduğunu sübut etdiyini vurğulamaqla seçkilərdə onun namizədliyini yekdilliklə müdafiə edəcəklərini bəyan ediblər.