YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Balakən rayonunun Mahamalar kəndində seçicilərlə görüş keçirilib

Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının seçki qərargahı 11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkilərinin təşviqat kampaniyasına rayonun Mahamalar kəndində seçicilərlə keçirilən görüşlə start verib. Mahamalar kəndi üç seçki məntəqəsində 4000-dən çox seçicini birləşdirir.

Görüşdə YAP Balakən rayon təşkilatının seçki qərargahının üzvü Ömər Osmanov və Rəşid Musayev çıxış edərək insanları seçki günü fəal olmağa çağırıblar.

Görüşdə çıxış  edən seçicilərdən Abdurəhim Baklarov, Məryəm Lətifova, Fərhad Xəlilov və Mina Quliyeva kənd əhalisinin Prezident İlham Əliyevin siyasətini birmənalı şəkildə dəstəklədiyini və seçki günü YAP-ın namizədinə səs verəcəklərini diqqətə çatdırıblar.