YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Mingəçevir şəhər təşkilatı təbliğat-təşviqat kampaniyasına uğurla start verib

Aprelin 11-də ölkəmizdə keçiriləcək prezident seçkiləri kampaniyasının təbliğat -təşviqat prosesinə start verilib.

Martın 19-da YAP Mingəçevir şəhər təşkilatının fəalları tərəfindən  partiyamızın prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat plakatları  müəyyənləşdirilmiş lövhələrə vurulub. Bu proses uğurla başa çatdırılıb.

Qeyd edək ki, tədbirlər planına uyğun olaraq təbliğat-təşviqat prosesi çərçivəsində YAP Mingəçevir şəhər təşkilatı seçicilərlə görüşlər keçirəcək.