YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İki ayda ölkəyə gələn xarici vətəndaşların sayı 12 faizdən çox artıb

Cari ilin yanvar ayında Azərbaycana 185 min 913, fevral ayında isə 166 min 161 nəfər xarici vətəndaş gəlib.

Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, ümumilikdə, iki ay ərzində ölkəmizə gələn xarici vətəndaşların sayı 352 min 74 nəfər olub. Onlardan 103 min 245-i Rusiya, 87 min 649-u Gürcüstan, 48 min 657-si Türkiyə, 28 min 111-i İran, 13 min 64-ü Birləşmiş Ərəb Əmirlikləri, 71 min 348-i isə digər ölkələrin vətəndaşlarıdır.

Ötən ilin iki ayında Azərbaycana gələn xarici vətəndaşların sayı isə 313 min 418 təşkil edib ki, onlardan 159 min 262 nəfəri yanvar ayında, 154 min 156 nəfəri fevral ayında gəlib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu il Azərbaycana 12,3 faiz çox xarici vətəndaş gəlib.