YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İlham Məmmədov: Ölkəmizdə irimiqyaslı infrastruktur layihələri reallaşdırılır

«Bu gün ölkəmizin iqtisadiyyatı şaxələndirilir. Ötən illərdə irimiqyaslı infrastruktur layihələri, qeyri-neft sektoru üzrə yeni proqramlar reallaşdırılıb». Bu fikirləri Milli Məclisin deputatı İlham Məmmədov deyib.

İ.Məmmədov bildirib ki, yeni iqtisadi şəraitdə Azərbaycan iqtisadiyyatı qlobal mənfi təsirlərə yüksək dayanıqlılıq nümayiş etdirir. Onun fikrincə, bu, ilk növbədə ölkəmizdə zamanında neftdənkənar sahələrin inkişafına münbit zəmin formalaşdırılması ilə bağlıdır.

«Məlumdur ki, respublikamızda böyükhəcmli dövlət investisiyaları hesabına irimiqyaslı su, yol-nəqliyyat və digər layihələr reallaşdırılıb. Son 15 ildə ölkə boyu 11 min kilometrdən çox yol çəkilməsi, 2400 meqavoltdan artıq istehsal imkanlarına malik 26 elektrik stansiyasının inşası, respublika miqyasında qazlaşdırmanın 93 faizə çatdırılması Azərbaycanın yüksək səviyyəli infrastruktur quruculuğuna göstərdiyi böyük diqqətin əlamətidir. Dövlət vəsaiti hesabına qurulan belə müasir infrastruktur öz növbəsində respublikada iqtisadi inkişafa, qeyri-neft sektorunda aktivliyin artmasına müsbət təsir göstərir. Zamanında belə güclü infrastruktur yaradılmasa idi, bu gün ölkənin uğurlu iqtisadi inkişafından bəhs etmək mümkün olmazdı»-deyə, deputat qeyd edib.